Sofiyada Azərbaycan musiqisinin möhtəşəm konserti - tamaşçılar heyran qaldılar - VİDEO

8 Noyabr 2022 23:39

8 Noyabr Zəfər Günü münasibətilə Bolqarıstanın paytaxtı Sofiyada bolqar və azərbaycanlı ifaçılarla artistlərin iştirakı ilə möhtəşəm konsert baş tutub.

Milli.Az Day.Az-a istinadən bildirir ki, konsertdə müasir aranjmanda milli musiqimiz səslənib.

Konsert tam anşlaq şəraitində keçib.

Qeyd edək ki, konsertin təşkilatçısı Azərbaycanın Bolqarıstandakı səfirliyi olub.

Milli.Az