Gəncədə ana və qızını avtomobil vurub

8 Noyabr 2022 20:43

Gəncə şəhərində ana və qızını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhər sakinləri, 1957-ci il təvəllüdlü S.Məmmədova və qızı 1981-ci il təvəllüdlü Ş.Məmmədova yolu keçərkən avtomobil onları vurub.

Hər iki qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az