Azərbaycan muğamı İtaliyada səslənib

12 May 2010 18:03
Azərbaycan muğamının tanınmış ifaçısı Alim Qasımov qızı Fərqanə ilə birgə Romada Amerikanın Kronos Quartet qrupu ilə birgə "Azərbaycan gecəsi" proqramı ilə çox uğurla çıxış edib. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Romadakı "Santa Çeçiliya" Milli Musiqi Akademiyasında (Accademia Nationale di Santa Cecilia) da Alim Qasımovun və onu müşaiyət edən ansamblın iştirakı ilə Azərbaycan muğamına həsr olunmuş gecə keçirilib.

Gecə iştirakçılarına Azərbaycanın milli instrumental musiqisi təqdim olunub, muğam və xalq mahnıları ifa edilib.

Görüş Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

/Trend/