“Youtube”da YENİLİK

8 Noyabr 2022 18:28

"Google" şirkəti yaxın zamanda "Youtube"da yeniliyin olacağını elan edib. 

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, yeniliyə əsasən, "Youtube" daxilində istifadəçilər birgə canlı yayımlar keçirdə biləcəklər.  

Məlumata görə, ilkin mərhələdə birgə canlı yayımlar məhdud sayda istifadəçi arasında reallaşdırılacaq və istifadəçilər "Youtube"un yalnız mobil versiyası vasitəsilə birgə canlı yayımlar keçirdə biləcəklər. Gələcəkdə isə bu funksiyanın istifadə imkanları daha da genişləndiriləcək. 
Bildirilib ki, birgə canlı yayım zamanı istifadəçilərdən biri aparıcı, digərləri isə qonaq qismində çıxış edəcəklər.  

Qeyd edək ki, canlı yayımın işə salınması üsulunda heç bir dəyişiklik olmayacaq. 

Milli.Az