Bakıda ikimərtəbəli ev yanıb

8 Noyabr 2022 17:11

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 55 m² olan ikimərtəbəli evin birinci mərtəbəsinin tavanı 3 m² sahədə yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az