Bakıda zəncirvari qəza baş verib, yaralılar var - FOTO

8 Noyabr 2022 08:32

Nəsim rayonunda zəncirvari yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza "Nissan", "Renault" və "Kia" markalı avtomobillərinin iştirakı ilə baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılara təcili yardım avtomobilində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az