Rişi Sunak Ukraynaya səfər edəcək

8 Noyabr 2022 09:07

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.
O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır.

"Amma səfər mütləq baş tutacaq", - deyə diplomat əlavə edib.

Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.

Milli.Az