İstanbuldan qalxan təyyarə Soçidə qəza enişi etdi

8 Noyabr 2022 08:33

İstanbul-Yekaterinburq reysi ilə uçan sərnişin təyyarəsi Soçidə qəza enişi etməyə hazırlaşır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Buna səbəb kimi təyyarənin kabinəsində yaranan texniki nasazlıq göstərilib.

Təyyarənin göyərtəsində 96 sərnişin, 4 ekipaj üzvü var.

Milli.Az