Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

8 Noyabr 2022 08:23

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib.

Bu barədə səfirliyin Tvitter səhifəsindəki paylaşımda deyilir:

"Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik".

Milli.Az