Azərbaycanda güclü qar yağıb - FOTO

7 Noyabr 2022 23:57

Şamaxı rayonunda gecə saatlarından davam edən güclü leysan gecə saatlarında sulu qar, daha sonra isə qarla əvəzlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb.

Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat, Ərçiman, Pirqulu, Keçməddin dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib. meyvə ağaclarını don vurub.

Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.

Milli.Az