İstanbuldan Yekaterinburqa uçan təyyarə Soçiyə qəza enişi etməyə hazırlaşır

7 Noyabr 2022 23:43

İstanbuldan Yekaterinburqa uçan sərnişin təyyarəsi salon təzyiqinin azalması səbəbindən Soçidə qəza enişi etməyə haırlaşır.

Milli.Az APA-ya istinadən bildirir ki, fövqəladə hallar xidmətindən bildirilib li, Soçiyə qəza enişi etməyə hazırlaşan təyyarənin göyərtəsində 100 nəfər var. Gözlənilən eniş yerinə iki təcili yardım maşını göndərilb.

Milli.Az