Ukrayna Rusiyada belə xaos yaratmaq istəyib...

7 Noyabr 2022 23:16

Rusiyanın infrastrukturuna zərbələr endirmək üçün Kiyev ölkənin üç vilayətinə diversantlar göndərməyi planlaşdırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Artemovsk vilayətində əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin 53-cü mexanikləşdirilmiş əlahiddə briqadasının əsgəri Pavel Tkaçuk deyib.

O bildirib ki, diversantlar Kursk, Bryansk və Belqorod vilayətlərində terror aktlarına hazırlaşırdı:

"Məqsəd Rusiya identifikasiya nişanları olan hərbi texnika ilə Ukrayna ərazisi yaxınlığında yerləşən yaşayış məntəqələrinə daxil olmaq idi".

Milli.Az