Koreya Prezidenti xalqdan üzr istədi

7 Noyabr 2022 13:05

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində izdiham nəticəsində azı 156 nəfərin ölümünə görə üzr istəyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm", - dövlət başçısı bildirib.

O qeyd edib ki, ölkənin təhlükəsizlik sahəsində köklü dəyişikliklərə ehtiyacı var.

Bundan əlavə, Koreya Prezidenti günahkarların məsuliyyətə cəlb ediləcəyinə və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağına söz verib.

Milli.Az