Donetskdə dəmiryol vağzalına mərmi düşdü

7 Noyabr 2022 13:11

Ukraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Unian" məlumat yayıb.

"İlk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması məlum olub. Yanğına səbəb partlayış olub" - qeyd olunub.

Hadisədən dərhal sonra "DXR"-in administrasiya rəhbəri Aleksey Kulevzin bildirib ki, dəmiryol vağzalına "HİMARS" zenit raket kompleksinin mərmisi düşüb.

Milli.Az