Türkiyə səfirliklərində ədliyyə attaşeləri də olacaq
12 Aprel 2012 19:58
Türkiyənin hüquq dövləti imicini gücləndirmək üçün xarici təmsilçiliklərə ədliyyə attaşesi göndəriləcək.
Milli.Az TRT-yə istinadən bildirir ki, Türkiyənin Xarici İşlər və Ədliyyə nazirlikləri arasında müvafiq protokol imzalanıb. Protokola görə, Türkiyənin xarici nümayəndəliklərində ədliyyə attaşeləri də fəaliyyət göstərəcək. Onların vəzifəsi xaricdəki Türkiyə vətəndaşlarının hüquqi problemləriylə məşğul olmaq olacaq.
Türkiyənin təmsil edildiyi BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara attaşe olaraq hakimlər və prokurorlar göndəriləcək.
Milli.Az