Dubayda məşhur göydələn yandı

7 Noyabr 2022 10:12

Dubayda 35 mərtəbəli "Emaar" adlı göydələndə güclü yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, alovlar binanın bütün səthini əhatə edib.

Bununla belə, göydələndəki yanğının artıq söndürüldüyü bildirilir.

Yanğın nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələ ki məlumat açıqlanmayıb.

Qeyd edək ki, sözügedən göydələn "8 Boulevard Walk" adlı qüllələr qrupuna daxildir.

Milli.Az