Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya düşdü

7 Noyabr 2022 09:54

Səudiyyə Ərəbistanının şərqində Hərbi Hava Qüvvələrinə məxsus F-15S qırıcı təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli KİV-dən bildirilib.

Qeyd olunub ki, hadisəyə səbəb texniki nasazlıq olub.

Hadisə Dhahran şəhərindəki aviabazanın yaxınlığında baş verib. Pilotlar katapult ediblər, ölən olmayıb.

Qəzanın səbəblərini araşdırmaq üçün komissiya fəaliyyət göstərir.

Milli.Az