Mobil telefonları oğurlamağa dəyməz

12 Aprel 2012 21:15
Telefon oğurluğu dünya iqtisdiyyatında ən gəlirli cinayətlərdən biridir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Amerikanın Federal Kommunikasiya Komissiyası 4 əsas telefon şirkəti ilə razılıq əldə edib. Hazırda Verizon və Sprint Nextel oğurlanmış mobil telefonların yenidən aktivləşdirilməsinin qarşısını alıb.

"AT&T", "T-Mobile" şirkətləri isə hələ fəlaiyyətə keçməyib.

6 ay ərzində oğurluq telefonların yenidən istifadəyə verilməsinə mane olunacaq. Gələn bir il yarım ərzində isə buna tamamilə imkan verilməyəcək.

Milli.Az