İpək kövşənləri darayıb payız, göndərər günəşə hörük yerinə... - FOTOlar

7 Noyabr 2022 01:14

Payızı tərənnüm etməyə sözlər aciz qalır. 

Payız gələndə həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

Yay öz yerini soyuq və yağışlı payıza güzəşt etdi. Müxtəlif ölkələrdən olan fotoqraflar çox gözəl və təsirli anları əbədiləşdirməyə çalışır.

Rəngli payızın əsrarəngiz şəkillərinə baxdıqca havada payız nəfəsini hiss edəcəksiniz.

Çoxları payızı ilin ən romantik fəsili hesab edirlər və bu səbəbsiz deyil: bu fəsildə təbiət ağlasığmaz tərzdə naz edir. 

Milli.Az öz ilıq təravəti, yumşaq günəş işığı ilə göz oxşayan payız aylarına aid fotoları dəyərli oxucularına təqdim edir.

Zaur Həsənəliyev
Milli.Az