1000-ə yaxın rusiyalı məhkum Ukraynada öldürülüb

6 Noyabr 2022 17:31

İş adamı və "Putinin aşpazı" kimi tanınan Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ukraynada döyüşmək üçün səmərəsiz məhkumlara bel bağlamaqda davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İnstitutun hesabatına görə, "Vaqner"in sıralarına cəlb olunmuş 1000-dək məhkum son iki ayda Ukraynadakı müharibədə öldürülüb:

"Bu da onu göstərir ki, "Vaqner"in Ukraynadakı qüvvələrinin əsasını məhbuslar təşkil edir".

Milli.Az