Rusiyada kafeyə qumbara atılıb, 4 nəfər yaralanıb

6 Noyabr 2022 17:11

Rusiyada kafeyə qumbara atılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə noyabrın 6-da gecə saatlarında Zabaykal diyarının Şilka yaşayış məntəqəsində baş verib.

Kafeyə buraxılmayan 35 yaşlı kişi əsəbiləşib və kafeyə qumbara atıb. Nəticədə 4 nəfər yaralanıb, onlardan birinin durumu orta ağırdır.

Kafeyə qumbara atan şəxs saxlanılıb.

Milli.Az