Vaqif Mustafazadənin nəvəsi ifası ilə heyrətləndirdi - VİDEO

7 Noyabr 2022 04:14

Xəbər verdiyimiz kimi, dahi caz ifaçısı Vaqif Mustafazadənin qızı, Xalq artisti Əzizə Mustafazadə bir neçə gün əvvəl Bakıda keçiriləcək konserti üçün paytaxta gəlmişdi.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, İçərişəhərdə gəzintiyə çıxan Mustafazadənin nəvəsi Ramiz Xanın sosial şəbəkədə görüntüləri yayılıb.

Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı videoda 9 yaşlı Ramiz Xanın pianodakı ifası dinləyiciləri heyrətləndirib.

Milli.Az