Azərbaycanlı məşhurlar "Altın Kelebek"ə NAMİZƏD SEÇİLDİLƏR

6 Noyabr 2022 13:51

Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatına layiq görüləcək Azərbaycandan namizədlərin kimliyi bəlli olub.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, mükafatlandırma ilə bağlı "Pantene Azərbaycan" sosial şəbəkə hesabında paylaşım edilib.

Siyahıda aparıcı-aktrisa Turanə Hüseynli, müğənnilər Ayaz Babayev və "İlahi" mahnısı ilə sosial şəbəkələrdə məşhurlaşan "Nazryn"ın adı yer alıb.

Onlar gecədə "Azərbaycanın parlayan ulduzu" kateqoriyasında mübarizə aparacaqlar.

Milli.Az