İlon Mask “Twitter”i dünyanın ən bahalı şirkətinə çevirmək istəyir

6 Noyabr 2022 13:11

Amerikalı sahibkar və milyarder İlon Mask bu yaxınlarda aldığı "Twitter"in gələcəyilə bağlı proqnozlar verib.

"Məncə, böyük potensial var. Hesab edirəm ki, "Twitter" dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilə bilər", - deyə Mask Nyu-Yorkda investorların konfransı zamanı bəyan edib.

Qeyd edək ki, Mask artıq sosial şəbəkədə ciddi ixtisarlar aparıb. Belə ki, şirkətin 7.5 min əməkdaşından yarısı işdən azad olunub.

Milli.Az