Göygöldə FACİƏ: 21 yaşlı qadın zəhərlənmədən öldü

6 Noyabr 2022 09:59

Göygöldə 21 yaşlı qadın zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Milli.Az bildirir ki, Göygöl rayon sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva tibbi dərmandan zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az