44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

6 Noyabr 2022 00:02

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

- Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partlayıb.

- Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.

- Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb. Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir.

- Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsinin videogörüntüləri yayılıb. Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutub.

Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.

Milli.Az