Bakıda 12 yaşlı yeniyetməni avtomobil vuraraq komaya salıb

5 Noyabr 2022 23:47

Bakının Xəzər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Qala qəsəbəsində avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Hacıyeva Xədicə Ceyhun qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralıda komatoz vəziyyət müşahidə olunub.

Hadisənin təfərrüatı araşdırılır

Milli.Az