Cüdoçularımız üçüncü qızılı qazandı

5 Noyabr 2022 21:12

Azərbaycanın daha bir cüdoçusu "Böyük dəbilqə" turnirinin qızıl medalını qazanıb.

Komandamızın üzvü Səid Mollayi (81 kq) finalda belçikalı Mattias Kasseni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu, Azərbaycan komandasının "Böyük dəbilqə" turnirində qazandığı 3-cü qızıl medal olub. Belə ki, bundan əvvəl təmsilçilərimiz Hidayət Heydərov (73 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Yığmamızın digər üzvləri Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medala sahib olublar.

Milli.Az