"Mənim üçün hər şeydir" - Röyadan sevgi etirafı

5 Noyabr 2022 18:50

"Yaşımın elə bir yerindəyəm ki, başım götürməz "hardasan, necəsən" sözlərini. Amma sevmək mənim üçün hər şeydir. Sevirəm... O dərəcədə deyil. Vaxt keçir, hazırda düşünürəm ki, ən çox sənətimi sevirəm".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "MTV maqazin" proqramında deyib. Müğənni sevgi etirafı edib. 

Oğlunun Dubayda təhsil alması haqda suallara isə Röya "Təhsil başqadır, analıq başqa. Analıq o deyil ki, qapıdan çıxanda ağlayasan. Oğlan böyüdürəm, formalaşmağı vacibdir. Formalaşsın, ətrafı böyüsün" sözlərini deyib.  

Milli.Az