“Mənim daha da açıq geyinməyimi istəyir”

5 Noyabr 2022 17:45

Türkiyəli aktrisa Hazar Ergüçlü "Marie Claire" nəşrinə müsahibə verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iddialı tərzi ilə tez-tez gündəm olan 30 yaşlı sənətçi sevgilisi Onur Ünlünün onun geyimlərinə münasibəti haqda bunları deyib:

"Onur məni ürəkləndirir. Bəzən mən "çox açıqdırmı" deyə düşünərkən, o məni daha da açıq geyinməyə təhrik edir. Davamlı olaraq transparan libaslar geyinməyimi istəyir".

Qeyd edək ki, H.Ergüçlü "Kuzey Güney" serialındakı "Simay" obrazı ilə populyarlaşıb. Aktrisanın 5 illik sevgilisi Onur Ünlü ondan 18 yaş böyükdür.  

Milli.Az