Əli Əsədov və Fuat Oktay Şuşada olublar - YENİLƏNİB - FOTO

5 Noyabr 2022 17:14

17:14

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, Baş nazir Ə.Əsədov və Türkiyənin Vitse-prezidenti F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.

Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktayın Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

-------

12:12

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.

Xatırladaq ki, noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.

Milli.Az