Türkiyə ordusu Suriyanın şimalında əməliyyat keçirdi

5 Noyabr 2022 19:44

Türkiyə ordusu Suriyanın şimalında bir qrup terrorçunu zərərsizləşdirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın şimalındakı "Fərat qalxanı" əməliyyat bölgəsində hücuma hazırlaşan PKK/YPG-nin 4 terrorçusu komandolarımızın uğurlu əməliyyatı nəticəsində məhv edilib", - məlumatda bildirilib.

Milli.Az