71 yaşlı qadın manekkenliyə başladı - Özünü 22 yaşında hiss edir

6 Noyabr 2022 12:20

Yapon əsilli Setsuko Saito Braziliyada manekkenliyə başlayıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, 71 yaşlı qadının bu peşəni seçməsi çoxlarına qəribə gəlsə də, moda şirkəti bu məsələdə israrlı olub. Qadın özü də öz üzərində 2 il çalışıb.

Artıq qadın gənc kollektivə uyğunlaşıb. Bir neçə gün əvvəl isə yerli qəzetə müsahibəsində özünü ruhən 22 yaşında hiss etdiyini bildirib.

Milli.Az