Fazil Məmmədov dəfn olundu

5 Noyabr 2022 08:53

Sabiq vergilər naziri Fazil Məmmədov dəfn olunub.

Milli.Az xəbər verir ki, mərhumun nəşi Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O 2000-2017-ci illər ərzində Azərbaycanın vergilər naziri postunu tutub

Sabiq nazir ötən gün Türkiyədə vəfat edib.

Milli.Az