Bu serialla bağlı qərar verildi

5 Noyabr 2022 10:53

Türkiyənin "Star" kanalında yayımlanan "Duy beni" serialı final qərarı alıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ekran işinin reytinqdə gözlənilən nəticəni verməməsi olub. Serial dekabrın 1-də 22-ci bölümü ilə izləyicilərə vida edəcək.

Qeyd edək ki, ekran işində baş rolları aktyorlar Rabia Soytürk, Caner Topçu, Helin Kandəmir, Burak Can, Sümeyye Aydoğan canlandırır. 

Milli.Az