Çin dəyəri 17 milyard dollar olan 140 təyyarə alır

5 Noyabr 2022 08:34

Çinin "Airbus"dan 140 sərnişin təyyarəsi alacağı bildirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Çin Aviasiya Avadanlıq Təchizat Şirkətinin "Airbus"la 132 "A320" və 8 "A350" tipli sərnişin təyyarəsi almaq üçün razılaşma əldə etdiyi açıqlanıb.

Açıqlamada Almaniya kansleri Olaf Şoltsun ötən gün Pekinə səfəri zamanı müqaviləni imzaladığı bildirilib.

Onun ümumi dəyəri 17 milyard dollardır.

Milli.Az