Ceyk Sallivan Kiyevdə Zelenski ilə görüşdü

5 Noyabr 2022 08:53

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya səfər edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, planlaşdırılmayan səfər çərçivəsində o, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Prezident ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

Görüş barədə ictimaiyyətə hələ ki, geniş məlumat açıqlanmayıb. 

Milli.Az