General-mayor Mayis Şükür oğlu Bərxudarova general-leytenant ali hərbi rütbəsi verilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
General-mayor Mayis Şükür oğlu Bərxudarova "general-leytenant" ali hərbi rütbəsi verilsin".
Milli.Az