Telekanalların reytinqlərinin ölçülməsi ilə bağlı yeni şirkət yaradılıb

4 Noyabr 2022 10:46

Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.

"Artıq reytinqlərin ölçülməsi ilə bağlı müvafiq şirkət yaradılıb və yaxın 2 həftə ərzində sözügedən şirkətin açılışı olacaq".

Milli.Az