"Windows Vista" dəfn olundu

12 Aprel 2012 15:04
Milli.Az "Chip"ə istinadən bildirir ki, "Microsoft" sözügedən əməliyyat sisteminə verdiyi dəstəyi dünən dayandırıb.
"Vista" 2017-cin ilin sentyabrın 11-dək "qismən dəstək" sistemində olacaq.

"Tam dəstək" sisteminin dayandırılması o deməkdir ki, bu gündən etibarən "Vista" istifadəçiləri pulsuz texniki dəstək, təminat və yenilənmələrdən məhrum olacaqlar.

"Vista"nın təhlükəsizlik problemlərinin onlayn həll edilməsi və yenilənməsi də dayandırılıb. Bu əməliyyat sistemində təhlükəsizliklə bağlı problemlər yaranarsa, istifadəçi "Knowledge Base" vasitəsilə hərəkət etməli olacaq.

Milli.Az