Ağdamda 21 yaşlı kişi itkin düşüb

4 Noyabr 2022 09:33

Ağdam rayonunda 21 yaşlı kişi itkin düşüb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə oktyabrın 8-də rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 2001-ci il təvəllüdlü Rüstəmov Nurlan Vidadi oğlu yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az