“Wi-Fi”ı günəş işığı ilə əvəz etmək mümkün olacaq - FOTO

7 Noyabr 2022 15:17

Kral Abdulla Elm və Texnologiya Universitetinin alimləri gələcəkdə "Wi-Fi" texnologiyasına alternativ kimi istifadə oluna bilən ağıllı pəncərələr yaradıblar.

Smart şüşələrdən (DLS) biznes mərkəzləri və digər ofis binaları kimi böyük pəncərəli idarələrdə üçün nəzərdə tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ağıllı şüşələrin mühüm üstünlüyü aşağı enerji istehlakıdır - "Wi-Fi"-routerlərin 5-20 vattına qarşı bir vatt.

Bununla belə, onların da böyük çatışmazlığı var - günəş işığı olmadığı gecə vaxtı onlar yararsız olacaqlar.

Milli.Az