Bu ölkə ukraynalı hərbçilər üçün qış geyimləri tikir

5 Noyabr 2022 21:09

Latviya Ukrayna Silahlı Qüvvələrinin bölmələri üçün qış geyimləri tikməyə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın Latviyadakı səfiri Aleksandr Mişşenko məlumat yayıb.

"Biz yaxın vaxtlarda əldə edilmiş digər hərbi-texniki yardımla yanaşı, humanitar müşayiətçi tərəfindən müəyyən edilmiş forma partiyasını göndərməyi planlaşdırırıq", - Mişşenko deyib.

Milli.Az