Ərdoğan Quterreşlə danışıb

4 Noyabr 2022 08:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında Ukrayna ilə taxıl sazişinin uzadılmasının vacibliyini vurğulayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, Ərdoğan və BMT-nin baş katibi Ukraynadakı vəziyyəti və taxıl sazişini müzakirə ediblər.

Türkiyə prezidenti Rusiya və Ukrayna prezidentləri ilə danışıqların nəticəsində sazişin bərpasını alqışladığını bildirib.

R.T.Ərdoğan qeyd edib ki, indi diqqəti 20 günə başa çatacaq sazişin uzadılmasına yönəltmək lazımdır.

Öz növbəsində A.Quterreş taxıl dəhlizinin bərpasına verdiyi töhfəyə və səylərinə görə R.T.Ərdoğana təşəkkür edib.

Milli.Az