DSX-nin əsgəri özünü güllələdi

3 Noyabr 2022 12:15

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.

Milli.Az