Püşkatmada iştirak edəcək 16 komanda - Çempionlar Liqası

3 Noyabr 2022 09:57

Noyabrın 7-də Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Mərasim UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkdə öz qrupunun qalibi olan komandalar "səpələnmişlər", qrup ikinciləri isə "səpələnməmişlər" səbətində yer alacaqlar.

Həmçinin oxuyun: Avroliqada pley-offun ilk 8 iştirakçısı müəyyənləşdi

Qrup qalibləri (səpələnmişlər)

"Bavariya" (Almaniya)
 "Benfika" (Portuqaliya)
"Mançester Siti" (İngiltərə)
 "Napoli" (İtaliya)
 "Porto" (Portuqaliya)
"Real" Madrid (İspaniya)
 "Tottenheç) İngiltərə)
 "Çelsi" (İngiltərə)

 Qrup ikinciləri (səpələnməmişlər)

"Ayntraxt" Frankfurt (Almaniya)
"Borussia" Dortmund (Almaniya)
"Brugge" (Belçika)
 "İnter" (İtaliya)
 "Milan" (İtaliya)
 "Leyptsiq) Almaniya)
 "Liverpul" (İngiltərə)
 PSJ (Fransa)

Noyabrın 7-də həmçinin Avropa Liqasının pley-off mərhələsinin (1/16 final) püşkü atılacaq. Bu mərhələnin iştirakçılarının hamısının adına bu gün Avropa Liqasının qrup mərhələsində keçiriləcək son turun oyunlarından sonra aydınlıq gələcək.

Milli.Az