İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun alimləri bir hissəsi yeməli materialdan hazırlanan pilotsuz təyyarə hazırlayıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu tərtibat fövqəladə vəziyyətdə insanların həyatını xilas etmək üçün nəzərdə tutulub - əlavə kalorilər onlara xilasediciləri gözləməyə kömək edə bilər.
Məlumata görə, dronun yeməli olan hissəsi qanadlarıdır - onlar düyü unundan hazırlanır və peçenyelərə bənzəyir. Onlar uçuş zamanı zədələnməmələri üçün folqa ilə sarınır.
Milli.Az