Məktəb avtobusu qəzaya düşdü: 7 nəfər yaralandı - VİDEO

3 Noyabr 2022 12:47

Türkiyədə məktəbli avtobusunun avtomobillə toqquşaraq aşması nəticəsində 6-sı azyaşlı olmaqla, 7 nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Mersində baş verib və təhlükəsizlik kamerasına düşüb. Hadisə yerinə xilasetmə və tibbi yardım qrupları cəlb olunub.

Yaralanan 6 uşaq və avtomobil sürücüsü təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az