İran-Türkiyə sərhəddində yanacaq qaçaqmalçılığı ilə məşğul olan mafiya dəstəsinin 11 üzvü həbs edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Təhlükəsizlik Nazirliyi (Ettelat) məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bazarqan sərhədində (İran - Türkiyə sərhəd keçid məntəqəsi) beynəlxalq yanacaq qaçaqmalçılığı və quldur dəstə məhv edilib və dəstənin 11 üzvi həbs edilib.
Məlumatda həbs olunan şəxslər haqqında əlavə məlumat verilməyib.
Milli.Az