Çavuşoğlu və Lavrov "taxıl sazişi"ni müzakirə ediblər

3 Noyabr 2022 08:53

Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında çərşənbə günü telefon danışığı olub.

Bu barədə "TASS"a Türkiyə XİN-dəki mənbə məlumat verib.

"Söhbət zamanı taxıl dəhlizi ətrafında baş verən son hadisələr müzakirə olunub", - deyə mənbə bildirib.

Nazirlərin telefon danışığı barədə rəsmi açıqlama olmayıb.

Milli.Az